GYMKIDs gimnastika zalında, avadanlıqlarda və batutda tullanarkən təhlükəsizlik qaydaları


·Ziyarətçi GYMKIDs uşaqlar üçün gimnastika mərkəzinin (bundan sonra Mərkəz adlandırılacaq) əməkdaşları tərəfindən bildirilən bütün qayda və tövsiyələrə ciddi şəkildə əməl etməyi öhdəsinə götürür. Mərkəzin rəhbərliyi təhlükəsizlik qaydalarının pozulması halında ziyarətçini qəbul etməmək, onun zaldakı fəaliyyətini dayandırmaq və zaldan çıxarmaq hüququnu özündə saxlayır.
·Spirtli içkilərin və/və ya narkotik maddələrin təsiri altında olan şəxslər Mərkəzin ərazisinə və ya məşqə buraxılmır.
·18 yaşından kiçik uşaqlar yetkin yaşlı məsul şəxsin müşayiəti ilə məşqlərdə iştirak edə bilərlər.
·Məşqlər başlamazdan əvvəl və bitdikdən sonra xalça üzərində olmaq qadağandır.
·Xalça, avadanlıq və batut üzərində yalnız məşqçinin müşayiəti ilə olmaq lazımdır.
·Məşqdən əvvəl isinmə tələb olunur. Batut məşqinin sonunda kürək əzələlərinizi rahatlatmaq və qarın əzələlərini gücləndirmək üçün məşqlər vacibdir.
·Gimnastika, akrobatika və batutda tullanma müəyyən fiziki hazırlıq və sağlamlıq tələb edən çətin koordinasiya olunan fiziki hərəkət növləridir. Hamilə qadınların və sağlamlıq baxımından əks göstərişləri olan şəxslərin batutda tullanması qadağandır.
·Sifarişci məsuliyyəti dərk edir və təlimçinin nəzarəti və icazəsi olmadan batutda tullanma, müəyyən fəndlərin yerinə yetirilməsi ilə bağlı bütün mümkün riskləri öz üzərinə götürür.
·Eyni batutda birdən çox şəxsin olması qadağandır.
·Batut torunu saxlayan prujinlərin üzərində oturmaq, uzanmaq və ya dayanmaq qadağandır.
·Ağızda saqqız, konfet və ya başqa qidalarla xalçada və ya batutda olmaq qadağandır. Məşqlərə yemək və içki gətirmək qadağandır.
·Batut örtüyünün üzərinə enmək, üzərində yerimək və ya dayanmaq qadağandır.
·Batutdan və avadanlıqlardan bir metrdən yuxarı məsafədən yerə tullanmaq qadağandır.
·Hazırlıq səviyyənizi yerinə yetirdiyiniz hərəkətlərə uyğunlaşdırın.
·Porolon çuxuruna tullanarkən, orada başqa insanların olmadığından əmin olun.
·Başınızı porolon çuxuruna salmayın, çünki başqaları sizi görməyərək üstünüzə düşə bilərlər.
·Çuxura başı aşağı enməyin. Çuxura omba, kürək üstə və ayaqlar gərilmiş düz vəziyyətdə enməyə icazə verilir. Çuxura enərkən, əllərinizi dayaq verməyin. Enişdən sonra çuxuru mümkün qədər tez tərk edin.
·Məşqlərdən əvvəl bütün zinət əşyaları (üzüklər, boyunbağılar, sırğalar) çıxarılmalıdır. Əşyaları itirməmək və zədələnməmək üçün telefon/pleyer/açar və digər əşyalarla porolon çuxuruna atlamayın.
·Hər hansı potensial təhlükəli və ya düşünülməmiş elementləri yerinə yetirmək qadağandır.

Məşqçi ilə məşq edərkən batut sahəsində təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə birbaşa məşqçi nəzarət edir.