"GYMKIDs" abunə qaydaları

1. Abunəliyiin növləri:
1.1. Abunəliklər etibarlılıq müddətinə görə dəyişir və aşağıdakı növlərdə olur:
1.1.1. 3 aylıq abunə (həftədə 1 dəfə, həftədə 2 dəfə və ya həftədə 3 dəfə iştirak);
1.1.2. 6 aylıq abunə (həftədə 1 dəfə, həftədə 2 dəfə və ya həftədə 3 dəfə iştirak);
1.1.3. 12 aylıq abunə (həftədə 1 dəfə, həftədə 2 dəfə və ya həftədə 3 dəfə iştirak).

2. Abunəliyin aktivləşdirilməsi (abunə olma müddətinin başlanması) və məşqlərin silinmə qaydası:
2.1. Abunəlik, əldə edilən abunəliyə əsasən məşqlərdə ilk iştirakınızda aktivləşdirilir.
2.2. Abunəlik aktivləşdirildikdə, onun etibarlılıq müddəti aktivləşdirilmə tarixindən başlayaraq 7 günlük fasilələrə bölünür, beləliklə, “həftə” termini istifadə edildikdə, həftə (7 gün) bazar ertəsindən deyil, ümumi qəbul edilmiş anlayış olaraq həftə təqvim həftəsinin (7 gün) bazar ertəsi günündən deyil, abunəliyin aktivləşdiyi gündən hesablanır (məsələn, bazar ertəsindən bazar ertəsinə, çərşənbə axşamından çərşənbə axşamına, cümə günündən cümə gününə və s.).
2.3. Abunəlik aktivləşdirdikdən sonra müəyyən edilmiş qrafikə uyğun olaraq məşqlərdə iştirak etdikcə silinir (daimi rezervasiya (maddə 3.1.)). Mərkəzə məşqə gəlməyin mümkünsüzlüyü barədə xəbərdarlıq etmədən müəyyən edilmiş cədvəl üzrə məşqə gəlmədikdə, İcraçı bərpa və kompensasiya imkanı olmadan bu məşqi silmək hüququna malikdir ki, bu da abunə üzrə qalan məşqlərin sayını azaldır. Abunəliyə xitam verildikdən sonra, həmçinin hər hansı səbəb üxündən Müqaviləyə (abunə) vaxtından əvvəl xitam verildikdə, Sifarişçinin iştirak etmədiyi məşqlərə, habelə buraxılmış məşq günü (6.4.) təyin edilmiş məşqlərdə iştirak etmədiyinə görə kompensasiya (o cümlədən pul) tələb etmək hüququ yoxdur.

3. Məşqlərdə yerlərin rezervasiyası:
3.1. Əvvəlcədən rezervasiya abunə aktivləşdirilməmişdən əvvəl qrupda yerin rezerv edilməsidir. Əvvəlcədən rezervasiya iki həftə ilə məhdudlaşır. İki həftə bitdikdən sonra, abunə aktivləşdirilmədiyi halda, rezervasiya edilmiş iştirak günləri (qrupda təyin edilmiş yer) avtomatik olaraq ləğv edilir. Abunəni aktivləşdirdikdən sonra ilkin rezervasiya avtomatik olaraq daimi rezervasiyaya çevrilir. Daimi rezervasiya üzrə abunə qüvvədə olduğu müddət ərzində məşqlərdə iştirak etməsi həyata keçirilir.
3.2. Həftəlik rezervasiya abunəlik müddəti qüvvədə olduğu müddətdə 7 günlük intervalda hər həftə qrupda yer rezerv etməyi (qrupda təyin edilmiş yer) nəzərdə tutur.
3.3. Verilən 7 günlük intervalda rezerv edilmiş məşqlərin sayı abunəliyə daxil olan məşqlərin sayından çox ola bilməz.

4. . Abunəliyin uzadılması
4.1. Abunəliyin uzadılması mövcud abunəliyin etibarlılıq müddəti ayın sonuna qədər yeni abunəliyin alınmasıdır. Eyni zamanda, uzadılma dedikdə həm analoji abunəliyin alınması, həm də fərqli bir növ abunə nəzərdə tutulur. Abunəliyin uzadılması və yeni abunə alınması təklifin yeni Akseptinə ehtiyac yaradır.

5. Müqaviləyə vaxtından əvvəl xitam verildikdə maddi vəsaitin geri qaytarılması:
5.1. Abunəliyin qüvvədə olduğu müddət ərzində Müqaviləyə vaxtından əvvəl xitam verildiyi halda (mövcud abunə ləğv edildikdə), İcraçı imtina etdiyi tarixdən abunənin planlaşdırılan başa çatdığı tarixə qədər abunəlik üzrə qalan xidmətlər (məşqlər) üçün vəsaiti Sifarişçiyə qaytarır.
5.2. Əgər Sifarişçi məşqlərin 50%-dən azında iştirak edibsə, ödəniş alınmış abunəlikdə qeydə alınan həftəlik (həftədə bir, iki və ya üç dəfə) iştirak etdiyi məşğələlərin sayı nəzərə alınmaqla 3 aylıq abunə üzrə bir məşqin dəyəri əsasında həyata keçirilir.
5.3. Əgər Sifarişçi məşqlərin 50%-dən çoxunda iştirak edibsə, ödəniş alınmış (mövcud) abunəlik üçün bir məşqin dəyəri əsasında həyata keçirilir.
5.4. Sifarişçiyə qaytarılmalı olan məbləğlərin yenidən hesablanması ləğv edilən abunəliyin alındığı tarixdə, hətta yenidən hesablama zamanı abunəliyin (lərin) dəyəri dəyişsə belə, müvafiq abunələrin dəyəri ilə baş verir.

6. Əvəzedici məşqlər:
6.1. Əvəzedici məşqlər – İcraçı ilə razılaşdırılmaqla abunə üzrə bron edilmiş məşqlələrin başqa günə köçürülməsidir. Əvəzedici gün əvəzedilmənin planlaşdırıldığı qrupda birləşdirilmiş yerlər nəzərə alınmaqla müəyyənləşdirilir.
6.2. Əvəzetmə yalnız İcraçıya şəxsən və ya telefonla sifariş edilmiş gündə məşqdən kənarda qalması barədə əvvəlcədən xəbərdarlıq edildikdə mümkündür, əks halda iştirak etməmiş məşq bərpa olunmadan və buraxılmış məşqə görə Sifarişçiyə kompensasiya ödənilmədən silinir.
6.3. Bir abunə ərzində əvəzzetmələrin sayı məhdud deyil, lakin hər hansı səbəbdən məşq kimi müəyyən olunmuş əvəzetmədə iştirak etmədikdə, bu əvəzetmə bərpa və ya kompensasiya (pul daxil olmaqla) imkanı olmadan silinir.
6.4. Əvəzedici məşqlər yalnız cari (mövcud) abunə çərçivəsində etibarlıdır.

7. Məşğələlər üçün kompensasiya
7.1. İcraçı ilə əlaqəli səbəblərə görə Sifarişçi tərəfindən sifariş edilmiş məşq keçirilmədiyi halda, sonuncu, kompensasiya olunan məşqin keçirilməsi planlaşdırılan qrupda mövcud yerləri nəzərə almaqla, buraxılmış məşqlərə görə Sifarişçiyə kompensasiya ödəyir. Kompensasiya olunmuş məşqlər planlı məşq kimi cari abunəyə əlavə edilir, bu məşqlərdə iştirak etmədikdə isə saxlanma statusuna keçirilir və bu zaman həmin məşqlərə bütün əvəzetmə qaydaları tətbiq olunmağa başlayır.
7.2. Abunəlik uzadıldıqda, kompensasiya olunmuş qaydada kimi təqdim edilən iştirak edilməyən məşqlər, yeni abunəliyə köçürülmür.

8. Abunəliyin dondurulması:
8.1. Abunəliyin dondurulması – müvəqqəti olaraq Sifarişçinin tələbi ilə abunəliyin dayandırılmasıdır (şəxsən və ya telefonla). Dondurulma günlərinin sayı aşağıda göstərilən minimum və maksimum müddətlərə əsaslanaraq, Sifarişçi tərəfindən müstəqil olaraq müəyyən edilir.
8.2. Minimum dondurulma müddəti 7 gündür. Maksimum dondurma müddəti aşağıdakı kimi təyin olunur:
· 3 aylıq (həftədə üç dəfə iştirak etməklə) və 6 aylıq abunələr üçün – 30 təqvim günü;
· 12 aylıq abunə üçün – 60 təqvim günü.
·Həftədə bir və iki dəfə iştirak olan 3 aylıq abunəliklər üçün dondurma təmin edilmir.
8.3. Dondurulma müddətində əvəzedici məşqlərdən istifadəyə icazə verilir.
8.4. Dondurulma müddətində Sifarişçi abunə üzrə rezervasiya olunmuş günləri saxlayır və dondurulma müddəti bitənə qədər bu məşqlər silinmir;

9. Kampaniya və endirimlər:
9.1. İcraçı birtərəfli qaydada və öz mülahizəsinə əsasən xidmətlərin qiymətlərini azaltmaq, endirimlər etmək, reklam və xeyriyyə tədbirləri keçirmək, başlanğıc və bitmə tarixlərini təyin etmək və abunə üçün əlavə individual şərtlər müəyyən etmək hüququnu özündə saxlayır.
9.2. Kampaniya təklifləri olduqda, abunəliyə bonuslar (məsələn, əlavə dondurulma, əlavə qrup və fərdi məşq, brend məhsullar (maykalar, corablar və s.) və s.) əlavə edilə bilər. Kampaniyanın şərtləri təklifin akseptində qeyd edilir.